17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xırdalanda bacanağını namus üstündə öldürən şəxs: "O, qızıma sataşmışdı"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Emtv.az xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Ş.Qasımov özünü təqsirli bilib.
O, sərbəst ifadəsində bacanağını namus üstündə öldürdüyünü qeyd edib.
Ş.Qasımovun sözlərinə görə, qızı ailə həyatı qursa da, sonradan boşanıb və ata evində qalıb: "Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi. O, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə də onu bıçaqladım".
O, əməlindən peşman olmadığını söyləyib.
Ş.Qasımov bacanağı M.Abbasovun hərəkətlərindən xəbərsiz olduğunu deyib: "Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki, öldürdüm".
Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.
Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib.
Nəzrin Abbaszadə
Emtv.az