18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Arvadını qısqanclıq üstündə öldürdü
Seynur Abbasov bıçaqla özünə də xəsarət yetirib
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Seynur Abbasovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Emtv.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçiirlən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiirlib və baxış iclası avqustun 3-nə təyin edilib.
Hadisə bu il martın 22-də Xıradalan şəhərində baş verib. 29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı S.Abbasovla mübahisə edib. Qısqanclıq nəticəsində yaranan mübahisə zamanı S.Abbasov T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.
Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.
Həyat yoldaşını öldürən S.Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Həkimlər yaralının həyati təhlükəsini aradan qaldırıblar.
Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Aysu Əliyeva,
Emtv.az