18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda qısqanc kişi qardaşı arvadını öldürdü - Namus cinayəti
Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, ötən il avqustun 8-də paytaxtın Xəzər rayonunda Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rübabə Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Əliəkbər Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Nəzrin Abbaszadə
Emtv.az