18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Hakimin gözü qarşısında keçmiş arvadını öldürdü – Azərbaycanda DƏHŞƏTLİ QƏTL
Mingəçevir şəhərində arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən Xalid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Emtv.az yerli Kİv-ə istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, qətl hadisəsi bu il iyulun 29-da Mingəçevir şəhərində baş verib.
Şəhər sakini Təranə Nəbiyeva 4 il əvvəl həyat yoldaşı Xalid Əliyevdən boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib.
Məhkəmə prosesi zamanı onların arasında mübahisə yaranıb, Xalid Əliyev məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı Təranə Nəbiyevaya hücum edərək bıçaqla onun baş, boğaz və ürək nahiyyələrinə xəsarətlər yetirib.
Yaralı ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qətli törədən Xalid Əliyev saxlanılıb.
İstintaq orqanı tərəfindən Xalid Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə baxışı oktyabrın 24-nə təyin edilib.
İsmayil İsmayilov
Emtv.az