17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qətlinə görə beynəlxalq araşdırma aparılmasını rədd etdi
Səudiyyə Ərəbistanı yenidən keçən ilin oktyabrında İstanbul konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətinin müstəqil araşdırma ilə çözülməsi çağırışlarını rədd edib.
Emtv.az xəbər verir ki,Fransanın AFP agentliyinin məlumatına görə, BMT-nin İnsan hüquqları üzrə Şurasının Cenevrədəki iclasında çıxış edən Səudiyyə Ərəbistanı rəsmisi Bəndər Əl-Ayban ölkəsinin “bu dəhşətli cinayətin üstünün açılması üçün əlindən gələni etdiyini” söyləyib.
Səudiyyə Ərəbistanın İnsan haqları üzrə komissiyasına da rəhbərlik edən Bəndər Əl-Ayban bu hadisənin “beynəlmiləlləşdirilməsi” ilə bağlı istənilən çağırışı ölkənin daxili işlərinə qarışmaq kmi dəyərləndirdiklərini bildirib.
Qeyd olunur ki, Səudiyyə nümayəndəsinin çıxışı 36 ölkənin Camal Qaşıqçı cinayətinin beynəlxalq təhqiqata verilməsi ilə bağlı tələbindən sonra baş tutub.
Ayban “bədbəxt hadisə” adlandırdığı bu insidentin Ər-Riyadı “dəhşətə saldığını” vurğulayıb. Onun sözlərinə görə, bu işdə şübəli bilinənlər ədaləti şəkildə mühakimə ediləcəklər.
Bundan başqa, Səudiyyə Ərəbistanı təmsilçisi beynəxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatlarının təmsilçilərinə məhkəmə prosesini izləmək imkanını verildiyini desə də, konkret hansı qurumların olduğunu söyləməyib. Lakin bununla bərabər o, Səudiyyə Ərəbistanın beynəlxalq ekspertlərə təhqiqatda yaxından iştirakına icazə verməyəcəyini vurğulayıb.
“Səudiyyə Ərəbistanı suveren dövlətdir. Bu cür tələblər beynəlxalq birliyin bizim məhkəmə aparatı və sistemimizin bütövlüyünü şübhə altında qoymağa bərabərdir”, - deyə Bəndər Əl-Ayban qeyd edib.
Nəzrin Abbaszadə
Emtv.az