18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
ABŞ məhkəməsindən Səudiyyə Ərəbistanı əleyhinə qərar
ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə Səudiyyə Ərəbistanı və ABŞ arasında böhrana səbəb olan qanun layihəsi yenidən qalmaqala səbəb olub.
Emtv.az xəbər verir ki, xəbər verir ki, 2016-cı ildə qəbul olunan Terrorizmə Dəstək Verənlərə Qarşı Ədalət (JASTA) adlı qanunda 2001-ci il 11 sentyabr hadisələrində ölənlərin yaxınlarına Səudiyyə Ərəbistanı dövlətini məhkəməyə vermək imkanı tanıyırdı. Səudiyyə Ərəbistanı bu qərara qarşı çıxaraq məhkəməyə müraciət etmişdi.
Lakin Nyu-Yorkun Manhetten rayon hakimi Corc Daniels Səudiyyə Ərəbistanının tələbini rədd edərək, ölənlərin yaxınlarının Səudiyyə Ərəbistanı məhkəməyə vermək və bu ölkədən təzminat alması haqqını tanıyıb. Hakim əsas kimi məhkəmə iddialarının sayının çoxluğunu göstərir. Qanun ölənləri ailələri, yaralılar və iş yeri sahibləri olmaqla 25 min nəfərə yaxın adamı əhatə edir.
Qeyd edək ki, 11 sentyabr hücumlarını təşkil edən 19 nəfərdən 15-i Səudiyyə Ərəbistanı vətəndaşı olub. Səudiyyə Ərəbistanı hakimiyyəti bu terror aktlarında iştirakı ilə bağlı iddiaların hamısını rədd edib.
Emtv.az