18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Boeing” “737 Max” təyyarəsinin tədarükünü dayandırdı
“Boeing” şirkəti “737 Max” modelindən olan sərnişin təyyarələrinin istehsalını davam etdirir. Bununla belə, onların tədarükünü müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
Emtv.az xəbər verir ki,bu barədə TASS-a şirkətin rəsmi nümayəndəsi açıqlama verib.
“737 Max” təyyarələri ilə uçuşların müvəqqəti olaraq dayandırılması ilə əlaqədar “737 Max” modelinin tədarükünü dayandırırıq”, - deyə “Boeing” nümayəndəsi bildirib.
Tədarükün nə vaxt bərpa olunacağını açıqlamasa da, qeyd olunan təyyarələrin istehsalının davam etdiyini vurğulayıb.
Bundan əvvəl Avropa İttifaqı, Rusiya, Türkiyə və digər ölkələr Efiopiyada baş verən aviaqəza ilə əlaqədar “Boeing 737 Max 8” hava laynerlərinin istismarına qadağa qoyub.
Xatırladaq ki, martın 10-da Efiopiyada baş verən faciə 157 nəfərin həyatına son qoymuşdu.
Aynurə Kərimli
Emtv.az