18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Qətər əmiri Ərdoğana xüsusi reaktiv standartlarla istehsal edilən VIP təchizatlı Boeing təyyarəsi bağışladı – Təyyarənin dəyəri 400 milyon dollardır
Qətər Əmirliyinə məxsus VIP təchizatlı Boeing 747-8 tipi xüsusi təyyarə dünən İstanbulun Sabiha Gökçen Hava Limanına enərək prezident təyyarələri filosuna qatılıb.
Emtv.az xəbər verir ki, təyyarənin Qətər əmiri Şeyx Təmim bin Hamed əl Sani tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edildiyi bildirilir.
Xüsusi reaktiv standartlarla istehsal edilən Boeing təyyarəsi 2012-ci ildə zavodda nümayiş etdirilən zaman dünya mediası “Bu təyyarə kimindir” sualına cavab axtarılırdı.
Təyyarə istehsaldan sonra, San Antonioya göndərildi.
Burada “Very VIP” olaraq adlandırılan standartlarda xüsusi reaktiv halına gətirildi. Təyyarə 2015-ci ildə Qətər Əmirliyinə təhvil verilib.
400 sərnişin tutumlu təyyarə xüsusi avadanlığı ilə 76 sərnişin daşıyır. Həmçinin 18 nəfərlik uçuş dəstəsi də bu təyyarədə xidmət edir.
İclas salonları, yataq otağı, özəl xəstəxanası olan təyyarənin üç illik xidmət ərzində 436 saat uçduğu, cəmi 200 eniş etdiyi bildirilir.
400 milyon dollar qiyməti Türkiyə prezidenti Ərdoğana hədiyyə edilib.
Seymur Rəhimov
Emtv.az