17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Cahangir Əsgərov Dubayda biznes-jet alarkən: “Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq…” – Video
Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun “Boeing” şirkəti ilə rekord həcmdə-1.9 milyard dollarlıq müqavilə imzalaması haqda xəbər vermişdik.
Emtv.az xəbər verir ki, müqaviləyə əsasən AZAL “Boeing” şirkətindən 5 “Boeing 787-8 Dreamliner” və iki “Boeing 747-8f”, yaxud “Boeing 777F” təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.
Lakin Cahangir Əsgərov Dubayda təkcə “Boeing”in müasir sərnişin laynerlərini deyil, Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: “Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”-Cahangir Əsgərov bildirib.
“Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. “Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik”-o bildirib.
Qeyd edək ki, “Sukhoi Superjet” təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.Virtualaz.org
Emtv.az