17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZAL Azərbaycanda sıxışdırdı, çıxıb Ermənistana getdi – Bir Cahangir Əsgərov “şedevri”
Türkiyənin məşhur aviaşirkəti olan “Pegasus” İstanbuldan İrəvana uçuş həyata keçirəcək.
Emtv.az qaynar-a istinadla xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb. Məlumata görə, iyunun 1-dən etibarən “Pegasus” aviaşirkəti İstanbuldan İrəvana aviareyslər həyata keçirməyə başlayacaq. Aviaşirkət uçuşları həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçirəcək.
Xatırladaq ki, “Pegasus” şirkəti ucuz aviabiletləri ilə məşhurdur. Daha öncə Azərbaycanda da fəaliyyət göstərməyə çalışan şirkətə, AZAL süni maneələr yaradaraq, ölkədən getməsinə səbəb olmuşdu.
Azbüdcəli uçuşlarıyla tanınan “Pegasus” ötən ilin martından Azərbaycana ayaq açmışdı. Şirkət Qəbələ hava limanından həftədə 3 reys həyata keçirirdi. Sərnişinlərin çoxu Bakıdan olduğundan, şirkətin Azərbaycan paytaxtındakı nümayəndəliyi ayrıca Bakı-Qəbələ və Qəbələ-Bakı avtobus marşrutu açmışdı. “Pegasus”un gəlişi ölkədə yaxşı qarşılanmış, hava daşımaçılığında rəqabətə yol açacağı düşünülmüşdü. Amma…
AZAL hər yola atıb, bu şirkəti də ölkədən qaçırmağa nail olmuşdu. Çünki ucuz bilet təklif edən şirkətlər AZAL-a qəti sərf etmir. Uçuş biletlərini maksimum qiymətə satan AZAL illərdir ki, bu sistemlə işləyir. Vətəndaşların narazılığı isə heç bir fayda vermir.
Bu səbəbdən ölkə xaricinə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları uçuş biletlərini Gürcüstandan alırlar. Bu üsulla uçmaq qat-qat ucuz başa gəlir. İllərdir ki, başqa şirkətlər Azərbaycanın hava nəqliyyatına, hava məkanına buraxılmır. AZAL hər şeyi inhisarında saxlayır və bunun sayəsində böyük pullar qazanılır.
İndi isə ölkəmizdə işləməyə imkan verilməyən “Pegasus” şirkəti Ermənistana ayaq açıb və rahat şəkildə uçuşlarını həyata keçirəcək.
Emtv.az