17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
AZAL qiymətləri iki dəfə qaldırdı
Yeni il qabağı Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının çox olması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) biletlərin qiymətini iki dəfə bahalaşdırıb
Emtv.az xəbər verir ki, bu barədə unikal.org-a Türkiyədən Azərbaycana işləmək üçün gələn şəxs bildirib. O qeyd edib ki, bilet qiymətlərinin artması onu yeni il qabağı ölkəsinə qayıtmaq üçün başqa imkanlardan istifadə etməyə məcbur edib:
"Ötən ay Atatürk Hava Limanına gediş-gəliş üçün 197 manata olan biletin qiymətini AZAL 400 manata qaldırıb. Məcburi olaraq vətənimə Gürcüstandan getməliyəm. Orada biletlər AZAL-ın müəyyənləşdirdiyi tariflərdən 4-5 dəfə ucuzdur. Bu cür qiymət artımını isə heç cür başa düşə bilmirik”.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski qiymət artımınıUnikal.org-a dolayı yolla təsdiqləyib:
Onun dediklərinə görə, təyyarə avtobus deyil ki, standart qiymətə sərnişin daşısın:
"Hər ayın əvvəli, ortası və sonunda qiymətlər dəyişir. Bilet qiymətinin artıb-azalması proseduru bütün dünyada belədir.Sizin sualınız biraz qəribədir. Təyyarə ilə sərnişin daşıma avtobuslar kimi deyil. Bizdə Bakıdan İstanbula 49 avrodan başlayan bütün ucuz biletlər satılıb. Bu da təbii ki, yeni ilin gəlişi ilə bağlıdır. Hazırda Türkiyəyə getmək istəyən sərnişinlər çoxluq təşkil edir. Hazırda yalnız bahalı biletlər qalıb"-deyə O, vurğulayıb.
Qeyd edək ki, bu ilin dekabrın 8-də AZAL konserninin prezidenti Cahangir Əsgərov Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılmasına baxmayaraq biletlərin tariflərinin artmayacağı fikrini səsləndirmişdi.
AZAL-ın mətbuat xidməti vasitəsilə konserninin prezidenti Cahangir Əsgərov bəyan edib ki, bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.
"Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək", - deyə C. Əsgərov qeyd edib.
Emtv.az