18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İrandan Ukraynaya aparılan 10 milyon manatlıq psixotrop maddə Azərbaycanda saxlanıldı - FOTO
Azərbaycan gömrükçüləri külli miqdarda psixotrop maddənin ölkə ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına aparılması cəhdinin qarşısını alıblar.
Emtv.az Dövlət Gömrük Komitəsin-ə istinadən xəbər verir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasına gedən yük nəqliyyat vasitəsi nəzarətə götürülüb.
Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük nəqliyyat vasitəsi İran İslam Respublikasının Astara şəhərindəki "Pardis Ceram Pajh CO" şirkətindən Ukrayna Respublikasının Kiyev şəhərindəki "Architectuar Decor" şirkətinə "qarışıq" yük apararkən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda saxlanılıb.
Yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı, "Jack" ləqəbli həmin xidməti it nəqliyyat vasitəsinin qoşqusuna xüsusi işarə və hərəkətlərlə reaksiya verib. Sonra avtomobil stasionar rentgen qurğusundan keçirilib. Bu zaman avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi təkrar yoxlanılıb.
Nəqliyyat vasitəsinin qoşqusunda 2 ədəd paletdə olan 144 ədəd karton qutudakı plastik tərkibli, düzbucaqlı formalı müxtəlif ölçülərdə lövhəciklər yükü boşaldılıb və bütün qutular rentgen qurğusundan keçirilib. Bu zaman 12 ədəd qutuda yenidən şübhəli cizgilər müşahidə edilib.
Həmin 12 ədəd qutuya baxış zamanı isə qutuların içərisindəki lövhəciklərin tərkibinin plastik materialdan fərqli, yəni tərkibində metamfetamin adlıpsixotrop maddə olduğu müəyyən edilib.
Daha sonra içərisində 143 ədəd düzbucaqlı lövhəcik olan 12 ədəd karton qutunun ümumi çəkisinin 56 kq 363 qram təşkil etdiyi məlum olub.
Qeyd edək ki, aşkar olunan 56 kq 363 qram metamfetaminin "qara bazar"da dəyəri 9 milyon 500 min manat təşkil edir.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Aysu Əliyeva
Emtv.az