18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sərhəddə, baxış zamanı, küllü miqdarda narkotik aşkar olunub
Azərbaycan gömrükçüləri xeyli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən gizlətməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Emtv.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar gömrük postunda İrandan gələn Azərbaycan vətəndaşı Əbülfəz Abbasovun idarə etdiyi "Hyundai Accent" markalı, 10-RL-179 dövlət qeydiyyat nişanlı minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.
Baxış zamanı xidməti it avtomobilin salonundakı ön panelin orta hissəsinə reaksiya verib. Sonra avtomobil əsaslı yoxlanılma üçün stasionar rentgen qurğusundan keçirilib. Bu zaman qurğunun monitorunda şübhəli cizgilər müşahidə edilib.
Daha sonra həmin avtomobil əsaslı yoxlanılıb. Nəticədə, avtomobilin salonunda, ön cihazlar panelinin içərisində, ön panelin orta hissəsində yerləşən maqnitofonun arxasındakı boşluqda - havalandırma sisteminin divarına yapışdırılmış şəkildə 3 ədəd sellofan bükümdə, ümumi xalis çəkisi 131,378 qram olan metamfetamin aşkar edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
İsmayilov İsmayil
Emtv.az