18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İrandan tiryəki bu qabda gətirdi - Gömrükçülər əməliyyat keçirdi
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları narkotik qaçaqmalçılığının qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana yük gətirən Azərbaycan vətəndaşı saxlanılıb və onun idarə etdiyi "DAF" markalı yük avtomobilinə rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilib.
Bu zaman qoşqunun alt tərəfində olan hava balonu ilə qoşqunun sol tərəfinə yaxın ramanın arasında şübhəli predmetlər monitorda əks olunub. Həmin hissələrin arasında gömrük nəzarətindən gizlədilmiş, bir ədəd şəffaf plastik şüşəyə doldurulmuş, xalis çəkisi 1242.1 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb. Bundan əlavə, avtomobildən bir konvalyutda 10 ədəd həb olmaqla açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatları da aşkar olunub.
10 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in" II Siyahısına daxildir.
Emtv.az