17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İRANDAN AZƏRBAYCANA NARKOTİK GƏTİRİLMƏSİNİN QARŞISI ALINIB
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ayrı-ayrı vaxtlarda İrandan Azərbaycana narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını alıblar.
"EMTV.az" xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran vətəndaşı Aghazadeh Mohammad Abolfazlın üzərində şəxsi yoxlama zamanı ondan xalis çəkisi 2,35 qram olan həşiş qətranı, Azərbaycan vətəndaşı Vüqar Quliyevin üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanından (düz bağırsağından) üç ədəd bükümdə, ümumi xalis çəkisi 43,4 qram olan heroin aşkar edilib.
Bundan başqa, Azərbaycan vətəndaşı Tahir Hüseynovun idarə etdiyi “Mercedes Benz Actros” markalı yük avtomobilində xidməti itin tətbiqi ilə baxış zamanı avtomobilin kabinəsində xalis çəkisi 0,405 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.
Bütün faktlarla bağlı araşdırma aparılır.