SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ağdamın təzə başçısı nazirə meydan oxuyur: - 25 tibb işçisini işdən çıxarıb

12-03-2019, 14:18 | Oxunub: 11 658 |

Ağdamın təzə başçısı nazirə meydan oxuyur: - 25 tibb işçisini işdən çıxarıb

Vaqif Həsənov ötən il prezident sərəncamı ilə Ağdamın icra hakimiyyəti başçısı təyin olunub. Amma gələr-gəlməz narazılıq yaratmağa, insanları incitməyə başlayıb.

Bu dəfə onun qanunsuz qərarları ilə məcburi köçkün olan tibb işçiləri qarşılaşıblar. İH başçısının səlahiyyətlərinə aid olmadığı halda Bakıda yerləşən Ağdam tibb məntəqəsinin personalını işdən azad edib.

Buna səbəb kimi Ağdam rayon mərkəzi xəstəxanasında kadr çatışmazlığı göstərilib. Artıq 25 tibb içisi işdən azad edilib. Onlara deyilib ki, ya könüllü ərizə yazıb Bakıdan Ağdama işləməyə gəlsinlər, ya da töhmətlə işdən çıxrılacaqlar.

Şəhərdə H.Z.Tağıyev adına tikiş fabrikinin yataqxanasında məskunlaşmış köçkün ailələr bir şərtlə Ağdamın Quzanlı qəsəbəsinə qayıdıb yerləşməyə razıdırlar: onlar rayonda evlə təmin edilsin, ailə başçılarına iş verilsin.

Ancaq bu imtiyazlar, şərait yaradılmır. Belə olan halda tibb işçiləri ayda 150 manat maaşla Ağdamda yaşamağın mümkünsüz olduğunu bildirirlər.

Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata video müsahibə verən tibb işçiləri deyiblər ki, tibb məntəqəsi Səhiyyə Nazirliyinə tabedir. Nazirlik isə bildirilib ki, işə davam edin. Amm sən saydığını say, gör Ağdamın icra başçısı nə sayır.

O, İH başçısı olduğu halda, səlahiyyətindən kənar addım ataraq 25 nəfəri işsiz qoyub, neçə aydır maaşlar verilmir.

“Biz 150 manatla ailəmizi Ağdamda necə dolandıraq? Bizi başçı məcbur edir ki, ora qayıdın. Guya işçi çatışmazlığıdır.

1998-ci ildən burda işləyirik, nə oldu, indi çatışmazlıq meydana çıxdı? Bəs əvvəlki icra başçıları niyə demirdilər ki, həkim, tibb bacısız çatışmazlığı var?

İkincisi, biz bura yerləşmişik, uşaqlarımız oxuyur, indi hər şeyi qoyub ora necə gedək? Mən öz rayonuma qayıtmağa etiraz eləmirəm. Sadəcə, bizə yaşamağa ev verilsin, yoldaşımı götürüb gedərəm”,-deyə şikayətçilərdən biri qeyd edir.

Onların sözlərinə görə, ərizəmiz olmadan harda qanun var ki, işdən çıxarsınlar: “Vaqif Həsənov gələndə yada düşüb ki,guya bura qanunsuz işləyir. Səhiyyə Nazirliyinə,Prezident Administrasiyasına, Mehriban xanıma teleqram vurmuşuq.

Axı Ağdamda harda qalaq? Kefimizdən Bakıda işləmirik. Bizə Quzanlıda ev verilsin. Nazirlikdən Musa müəllim dedi ki, tibb məntəqəsi bağlanmır. Biz neçə aydır gəlib-gedirik,pulsuz müayinə edirik, çünki insanların imkanı yoxdur. Amma maaş almırıq.

Nazirlik bizə dərman vermir, həkimlər resept yazır, onlar da aptekdən alırlar. Heç olmasa bizi burda dövlət xəstəxanasında işlə təmin eləsinlər. Bizim ümidimiz Mehriban xanımadır. O, hamıya kömək edir, bizədə eləsin.

Bayram gəlir, iki körpəm var, bu Novruzu necə keçirəcəm, bilmirəm. Biz Ağdam icra başçısının qəbuluna getdik, görüşmədi, dedi qanun mənəm”.

Göründüyü kimi, prezidentin yeni təyin etdiyi icra başçısı bir tərəfdən köçkünləri narazı salıb ayağa qaldırır, bir yandan ona aid olmayan işə müdaxilə edərək qanunsuz şəkildə tibb personalını işsiz qoyur, çörəyinə bais olur, onlar maaş ala bilmirlər.

Nazirliyin qərarı yox, varsa da həmin tibb işçiləri başqa səhiyyə ocaqlarına yerləşdirilməlidirlər. Bunun Ağdamın başçısı V.Həsənova aidiyyatı yoxdur.

Digər tərəfdən, bu özbaşınalıqla icra başçısı səhiyyə naziri Oqtay Şirəliyevə meydan oxumaqdadır.

Nazir lazım gələrsə, müvafiq addımlar atacaq, tibb işçilərinin icra hakimiyyətinə dəxli nədir? Bu suallara Ağdam RİH aydınlıq gətirmək istəsə, mövqeyini dərc edə bilərik.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR