18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tibb işçilərinə 2017-ci il başlayandan maaş verilməyib – Nazirlikdən açıqlama
Əmək haqqının verilməməsindən şikayət edən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezident həkimləri 2017-ci ildən bəri maaş ala bilmədiklərini bildirirlər.
“Çalışdığımız və tabeliyində olduğumuz müəssisə və xəstəxanalarda digər işçilər maaşlarını alsalar da, rezidentlərə hələ də maaş verilmir. Bu hal yalnız dövlət müəssisələrinin rezidentlərinə aiddir.Özəl tibb müəssisəsələrinin rezidentləri maaşlarını vaxtı-vaxtında alırlar”, deyə rezidentlər bildiriblər.
Rezidentlərin şikayəti ilə bağlı Maliyyə Nazirliyinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, dövlət tibb müəssisələrinin rezidentlərinin əməkhaqlarının geçikməsində hər hansı vəsait çatşmazlığından söhbət getmir.
Nazirlik bildirir ki, dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub: “Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunmuş və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi bu istiqamətdəki xərclərin maliyyələşdirilməsini tam təmin edəcəkdir”.
Emtv.az/Seymur Rəhimov