17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gültəkin Hacibəylinin yalanı: Cəmil Həsənli nə yazıb?
Gültəkin Hacıbəylinin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin çıxışı ilə bağlı səsləndirdiyi fikirlər əks-reaksiya doğurub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Gültəkin Hacıbəylinin növbəti dəfə ictimaiyyətə yalan danışdığını bildirib.
“O deyib ki, guya Qüdrət bəy cərimələr hesabına deputatların əmək haqlarının artırlmasını təklif edib. Halbuki Qüdrət bəy Milli Məclisdə toplanan cərimələr hesabına ayrı-ayrı kateqoriyalardan olan işçilərin əmək haqqının artırılmasının sosial ədalət prinsipini pozduğunu bəyan edib və ləğv olunmasını tələb edib. Onun çıxışı mətbuatda dərc olunub. Qeyd edib ki, əgər bu qayda ləğv olunmursa, onda hakimiyyətin müstəqil qanadı olan Milli Məclis Aparatının əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarından daha az maaş alır, onların da maaşı eyni qaydada artırılsın. Başqa sözlə, Qüdrət bəy ümumiyyətlə bu məsələ ilə bağlı çıxışında deputatlarla bağlı deyil, MM Aparatı işçiləri ilə bağlı danışıb”, - N.Orduxanlı bildirib.
Sədr müavini deyib ki, G.Hacıbəyli deputat olanda iqtidara yarınmasına və yaltaqlığına haqq qazandırmaq üçün bu gün deyir ki, o deputat olanda da səmimi olub, indi iqtidarı yamanlayanda da səmimidir:
“Deməli ya onda yalan danışıb, ya da indi yalan danışır. Bir- birindən tam fərqli fikirlər söyləməyin səmimiyyətə nə aidiyyəti var?! İqidar həmin iqtidardır!”
N.Orduxanlı vurğulayıb ki, Azərbaycanın regionun lider dövləti olmasını Qüdrət Həsənquliyev yazmayıb:
“Azərbaycanın regionun lideri olduğunu Gültəkin Hacıbəylinin indiki lideri Cəmil Həsənli yazıb! Qüdrət bəyin çıxışlarını oxumursa, heç olmasa, liderinin yazdıqlarını oxusun!”
Nəzrin Abbaszadə
Emtv.az