18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gültəkin Hacıbəylinin “Lexus” və "Toyota"sına həbs qoyuldu
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin və keçmiş qaynanası Nəhayət Məmmədovanın arasında pul və mülk davası barədə yerli mətbuata məlumat daxil olub.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, Gültəkin Hacıbəyli hələ ərdə olan zaman qayınanasından evini təmir etdirmək, evinə mebel almaq üçün 50 min dollar borc alıb.
Qeyd olunur ki, söhbət Səməd Vurğun küçəsi, 92A ünvanında yerləşən 12 saylı mənzildən gedir: “Həmin mənzili 2003-cü ildə Gültəkin Hacıbəyliyə Bakı şəhər İcra Hakimiyyəti hədiyə edib. Sonradan qayınana pulunu tələb etsə də, Gültəkin Hacıbəyli verilən borcu geri qaytarmayıb. Buna görə də qaynanası məhkəməyə müraciət edib.
Məhkəmə Nəhayət Məmmədovanın vəsatəti əsasında Gültəkin Hacıbəyliyə məxsus 10VU 003 dövlət nömrə nişanlı “Lexus” LX 570 və 10 KV 003 nömrə nişanlı “Toyota” Avalon markalı iki bahalı avtomobilə həbs qoyub.
Nəzrin Abbaszadə
Emtv.az