18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Milli Məclisdə gərginlik: Deputat arasında mübahisə düşdü, spiker işə qarışdı: “Onun hansı qüvvələrə bağlı olduğunu hamı bilir”
“Qərbdə bəzi dairələr uzun zamandır ki, Azərbaycan xalqına qorxu xofu yaratmaq üçün külli miqdarda vəsait ayırır. Bu qorxu xofunun yaradılmasınında məqsədi ondan ibarətdir ki, Azərbaycan lazım gələndə öz torpaqlarını işğladan azad etməsin. Bax, müharibə etsəniz, sizi daha dəhşətli vəziyyət gözləyə bilər. Əlavə torpaqlarınız işağl oluna bilər”.
Emtv.az xəbər verir ki, bunu deputat Araz Əlizadə parlamentdə çıxışı zamanı həmkarı Qüdrət Həsənquliyevin çıxışına cavab olaarq deyib.
Onun sözlərinə görə, Q. Həsənquliyev əvvəllər də belə mövqe sərgiləyib: “Hələ prezident seçkiləri zamanı prezidentliyə namizəd kimi debatlarımızda belə fikirlər səsləndirirdi və mən bunu bir seçkiqabağı təbliğat metodu kimi qəbul edirdim. Lakin Həsənquliyevin bu gün də Azərbaycan xalqında qorxu xofu yaratması istiqamətində səsləndirdiyi fikir onun bir mövqeyinə çevrilib. Azərbaycan prezidenti bəyan edib ki, Ermənistan işğalçılıq siyasətində əl çəkməyəcəyi təqdirdə, Azərbaycan alternativ variantlarıdan istifadə edib, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanın müzəffər ordusu var. Digər tərəfdən BMT-nin qətnamələri və beynəlxalq hüquq Azərbaycana öz torpaqlarını güc yolu ilə azad etməyə imkan verir”- Əlizadə vurğulayıb.
A.Əlizadə deyib ki, Ermənistan işğalçılqıdan əl çəkməzsə, Azərbaycan müharibə yolu ilə torpaqları işğaldan azad edəcək: “Güc və beynəlxalq hüquq tərəfimizdə olduğu halda, Həsənquliyev Azərbaycan xalqında qorxu xofu yaradaraq, Rusiya ilə danışıqlar aparmağı təklif edir. Xalqda ruh düşkünlüyü yaradır. Hesab edirəm ki, buna yol vermək olmaz. Onsuz da bəzi QHT-lər xalqda qorxu yaratmaq üçün öz fəaliyyətlərini davam etdirir. Bu prosesə siyasilərin, deputatalrın qatılması yaxşı deyil. Buna imkan vermək olmaz”-Əlizadə deyib.
Buna reaksiya spiker Oqtay Əsədov deyib ki, heç kim burada ruh düşkünülüy yaratmır: “Mən burada debat açmaq istəmirəm. Azərbaycan prezidenti müstəqil siyasət yürüdür və kimsə onu bu yoldan çəkindirə bilməz. Mən bu söhbətləri xirdalamaq istəmirəm. Belə məsələləri qabartmaq istəmirəm”.
Qüdrət Həsənquliyev də A.Əlizadəyə cavab olaarq bildirib ki, o bu yolla keçmişini unutdurmaq istəyir: “Araz Əlizadəni qıcıqlandıran guya mənim xalqda ruh düşkünlüyü yaratmaq barədə səsləndirdiyim fikirlər deyil. Onu qıcıqlandıran Azərbaycanla Türkiyə arasında yaranan hərbi ittifaqdır və bu onu 15 sentyabrdakı hərbi parada mövqeyini açıqlayarkən ortaya qoyub. Əslində, Araz Əlizadə bu yolla keçmişini unutdurmaq istəyir. Lakin o keçmişinin üstündən xətt çəkə bilməz. Biz onun kimə və hansı qüvvələrə bağlı olduğunu bilirirk. Bunu hamı bilir”.
İsmayil İsmayilov
Emtv.az