18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Bizim torpaqlarımızı işğal edən ölkə Rusiyadır” – Deputatdan sensasion çıxış
“Biz işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsi hazırlamalıyıq”.
Emtv.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirlən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
Deputat bildirib ki, ermənilər işğal olunmuş Azərbaycan ərazilərində təbii sərvətləri istismar edirlər: “Bundan əlavə, o ərazilərdə xarici şirkətlərin sayı artır. Hesab edirəm ki, biz bununla bağlı qanun qəbul etməliyik. Bundan sonra da həmin şirkətlər haqqından qanuna uyğun olaraq qərarlar qəbul edilməlidir”.
Q.Həsənquliyevin sözlərinə görə, hamıya da bəllidir ki, Azərbaycan torpaqlarını işğal edən ölkə Ermənistan deyil. “Belə bir fikirlər səsləndirilir ki, Azərbaycan Ermənistanın öhdəsindən gələ bilmir. Bizim torpaqlarımızı işğal edən ölkə Rusiyadır. Biz nə qədər hərbi potensialımız artırsaq da, Rusiya Ermənistana hərbi dəstək verdiyi halda bizim torpaqlarımız işğaldan azad edilə bilməz. Hətta ola bilər ki, bu ölkələrin əlbirliyi ilə bizim yeni ərazilərimiz də işğal olunsun”-deputat bildirib.
Seymur Rəhimov
Emtv.az