SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

AZƏRBAYCANLI DEPUTAT SUALLARI İLƏ ERMƏNİSTAN PARLAMENTARİSİNİ ÇAŞDIRDI

19-04-2016, 15:45 | Oxunub: 8 612 |

AZƏRBAYCANLI DEPUTAT SUALLARI İLƏ ERMƏNİSTAN PARLAMENTARİSİNİ ÇAŞDIRDI
AŞPA-nın yaz sessiyasının ikinci iş günü komitə iclasları ilə başlayıb. Liberallar qrupunun iclasında Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr müzakirə olunub. Ermənistan nümayəndə heyətinin üzvü Zohrabyan çıxışında Azərbaycanla bağlı böhtan dolu, qərəzli fikirlər söyləyib.

"EMTV.az" xəbər verir ki, Azərbaycanın Liberallar qrupundakı üzvü Qənirə Paşayeva çıxış edərək Ermənistan deputatına sərt cavab verib və həqiqətləri faktlarla parlamentarilərin diqqətinə çatdırıb. Bildirib ki, Ermənistan nümayəndə heyətinin üzvü Zöhrabyan Liberal qrupunun üzvlərinə tamamilə yanlış məlumatlar verir. O deyib: “Zohrabyanın son hadisələr baş verən zaman harada olduğunu bilmirəm, amma mən hadisələrin baş verdiyi bölgələrdən gəlirəm. Ermənistan qoşunları işğal etdiyi Azərbaycan torpaqlarındakı hərbi mövqelərindən atəşkəsi pozaraq cəbhə bölgələrində yaşayan dinc azərbaycanlı əhalini, onların evlərini hədəfə alıb. Bir neçə mülki vətəndaşımız həlak olub, yaralanıb və evləri dağıdılıb. Həmin hadisələrlə bağlı foto və videolar bunu bir daha təsdiqləyir. Azərbaycan Ordusu dinc əhalini qorumaq üçün Ermənistan hərbçilərinə cavab verib: “Azərbaycan Ordusu nə etməli idi? Gözləməli idimi? Bizim ordumuz üzərinə düşən vəzifələri yerinə yetirib və heç kimin buna irad tutmaq haqqı yoxdur. Hər bir ölkənin ordusu kimi Azərbaycan Ordusunun da öz ölkəsinin sərhədlərini, ərazi bütövlüyünü, dinc əhalisini qorumaq haqqı var. Beynəlxalq ictimaiyyət bilməlidir ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədində deyil, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zohrabyan cavab versin görək Ermənistanın hərbçilərinin Azərbaycan torpaqlarında nə işi var? Ermənistanda erməni anaları ölkə rəhbərliyinə etiraz edərək "bizim uşaqlarımızın Qarabağda nə işi var?" deyirlər. Ermənistan prezidenti o anaların səslərini eşitməlidir. Doğurdan da Ermənistan əsgərlərinin, vətəndaşlarının Qarabağda nə işi var?”

Azərbaycanlı deputat avropalı parlamentariləri Zohrabyandan ölkəsinin prezidentinin harada olduğunu soruşmağı təklif edib. Bildirib ki, Ermənistan prezidenti indi hərbi formada Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Ermənistan prezidentinin işğal altında olan Azərbaycan torpaqlarında nə işi var?

Ermənistan Azərbaycan torpaqlarını işğal edib və bütün dünya, AŞPA da daxil olmaqla beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatların Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən çoxlu sayda sənədləri var. Ermənistan nümayəndə heyəti isə Avropa tribunasından istifadə edərək Dağlıq Qarabağ ermənilərini qabağa verib ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək niyyətindədirlər. Ancaq bu, mümkün deyil, beynəlxalq ictimaiyyət artıq həqiqətləri bilir.

Artıq 20 ildir Azərbaycan problemin sülh yolu ilə həllinə çalışır, AŞPA-nın, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini gözləyir. Biz AŞPA-nın 1416 saylı qətnaməsinin həyata keçirilməsini tələb edirik. Ermənistan bu qətnaməni yerinə yetirərsə, işğal bitər, problem öz həllini tapar, gərginlik də sona çatar. Ancaq Ermənistan qətnamələri yerinə yetirməkdən imtina edir. Kimdir problemin həllini istəməyən tərəf? Əlbəttə, Ermənistan. Zohrabyan cavab versin görək niyə Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirmir? Erməni deputatlar yanlış fikirlər səsləndirməkdənsə, ölkələrinin rəhbərindən AŞPA qətnamələrinin yerinə yetirilməsini tələb etməlidirlər.

Q.Paşayeva avropalı parlamentariləri Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR