SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Yalnız bundan sonra regiona sülh gələ bilər" - İlham Əliyev

5-04-2018, 11:31 | Oxunub: 7 879 |

"Yalnız bundan sonra regiona sülh gələ bilər" - İlham Əliyev
"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır”.

Emtv.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan bu hərəkatın yeni üzvüdür: "2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. İyirmi ildir ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Dünyanın bir sıra ölkələri bu soyqırımı tanıyıb. Xocalı soyqırımı insanlığa qarşı bir cinayət idi”.

Prezident təəssüflə vurğulayıb ki, işğal bu günə qədər davam edir: "Beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, Azərbaycan torpaqları işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə qətnamələri indiyə qədər yerinə yetirilməyib. ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların bu sahədə qərarları da yeninə yetirilməyib. Ermənistanın etnik təmizləmə aparmasına baxmayaraq, Ermənistana qarşı hər hansı sanksiya qəbul edilməyib. İşğal olunmuş ərazilərdə hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatı göstərir ki, bizim bütün tarixi abidələrimiz, məscidlərimiz erməni vandalları tərəfindən dağıdılıb. Bu, mədəniyyətimizə qarşı soyqırımdır. Azərbaycan ərazilərinin işğalı dayandırılmalıdır, yalnız bundan sonra regiona sülh gələ bilər. Ermənistan monoetnik ölkədir, orada yalnız bir etnik qrup yaşayır. Ermənistandan azərbaycanlılar və digər etnik qruplar qovulub”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR