SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Xarici vətəndaşlara torpaq satışı qadağan edilir

9-03-2019, 11:09 | Oxunub: 10 441 |

Xarici vətəndaşlara torpaq satışı qadağan edilir

Gürcüstan hökuməti xarici vətəndaşlara satılmış torpaqlardan istifadə qaydalarını sərtləşdirib. Qanunlara təklif olunan dəyişikliyə əsasən mülkiyyətçi torpaqdan istifadə etmədikdə hər hektar üçün müəyyən məbləğdə cərimə ödəməli olacaq.

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bu hal bir neçə dəfə təkrar olunduqda isə cərimələrin miqdarı artırılacaq və son nəticədə torpaq mülkiyyətçidən geri alınacaq.

Qeyd edək ki, 2018-ci il dekabrın 16-da qüvvəyə minmiş yeni konstitusiyaya əsasən kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satışı da qadağan edilib. Konstitusiyaya edilən dəyişiklikdə deyilir ki, kənd təsərrüfatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə orqanlarına, Gürcüstan vətəndaşı və ya vətəndaşlarının birliyinə məxsus ola bilər.

Bununla da ölkənin əsas qanunu ilə kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılması qadağan olunub.

İqtisadçı ekspertlərin fikrincə, bu, Gürcüstana xarici sərmayələrin axının qarşısını alacaq. Onlar bildirirlər ki, bu, artıq bəzi sahələrə, xüsusən də kənd təsərrüfatına sərmayə qoyuluşunun azalmasında özünü göstərir.

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili parlamentdə çıxışı zamanı deyib ki, torpaq sahələrinin əcnəbi vətəndaşların adına qeydiyyata alınmasının məhdudlaşdırılması investisiyalara mənfi təsir göstərməyib.

Onun sözlərinə görə, kənd təsərrüfatına xarici investisiyaların cəlb olunması əsas vəzifələrdən biridir. Ölkə konstitusiyasına edilmiş müvafiq dəyişikliklərdən sonra bu sahəyə investisiya qoyuluşu sabit olaraq qalır.

“Konstitusiyaya edilmiş dəyişikliklər mülkiyyət məsələsini düzgün və ədalətli olaraq tənzimləyir. Bizim vətəndaşlar kənd təsərrüfatı torpaqlarının saxlanılması ilə bağlı məsuliyyət daşıyır və bu sahədə əcnəbilərin də müxtəlif formada iştirakına imkan yaradılır. Bu, düzgün və balanslaşdırılmış yanaşmadır”, – deyə nazir vurğulayıb.

Bildirilib ki, hazırda ölkədə kənd təsərrüfatına yararlı 45-50 min hektar torpaq sahəsi əcnəbilərin mülkiyyətindədir.

Parlamentdə əcnəbi torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə olunmasının tətbiqi məsələsi müzakirə edilir.


Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR