18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ölkədə səmərəsiz istifadə olunan 240 min hektar torpaq sahəsi geri qaytarılıb
"Respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlara müvafiq olaraq aidiyyəti orqanlarla birlikdə görülmüş tədbirlər nəticəsində ölkə ərazisi üzrə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Həmçinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb.
EMTV.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin iclasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, torpaqların hərrac və ya müsabiqə yolu ilə hüquqi və fiziki şəxslərə ayrılması məqsədilə bələdiyyələrdən daxil olmuş 3000-dən çox müraciət üzrə 7 min hektar torpaq sahəsinə dair sənədlər torpaqayırma qaydasında hazırlanıb və hərrac və ya müsabiqələr təşkil edilib.
"Torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, iri torpaq istifadəçiləri, sahibkarlar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə maarifləndirici işgüzar forumlar keçirilir. Torpaqla bağlı inzibati xətalara görə 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib və 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Aparılmış yerquruluşu işlərinin nəticəsində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri tərtib edilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrindən istifadə vəziyyəti araşdırılıb. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. Bu istiqamətdə işlər hazırda da davam etdirilməkdədir", - deyə nazir bildirib.
EMTV.az