17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Karolina Valiant”ı vergilər yoxlayır...
Ölkən ən iri xəz-dəri satış ünvanı olan “Karolina Valiant” Vergilər nazirliyi tərəfindən təftiş ediləcək.
Emtv.az xəbər verir ki,bu barədə yerli mətbuata VN-dəki qaynaq məlumat verib.
Qeyd edək ki, bu vaxta qədər ayrı-ayrı KİV-lərdə “Karolina Valiant”da təqdim olunan malların saxta olması ilə bağlı müxtəlif məlumatlar yayılıb, iddialar səslənib.
Yerli mətbuata danışan mənbə bildirir ki, qeyd olunan məqam istiqamətində də aidiyyatı qurumlar yoxlama həyata keçirəcək.
Emtv.az xəbər verir ki, “Karolina Valiant” özünü multibrend xəz butiki kimi təqdim edərək “Braschi Furs”, “Rindi Furs”, “Alessandro Bosso”, “Langiotti”, “Mala Mati Furs”, “Gianfranco Ferre Furs”, “Manzari İnternational”, “Lacompel”, “Ciolini Furs”, “Unifurs” kimi Avropa xəz brendlərinin Azərbaycanda rəsmi satış nümayəndəsi olaraq tanınır. Amma iddia olunur ki, bu adlar altında ölkəyəsaxta mallar da gətirilir.
Nəzrin Abbaszadə
Emtv.az