17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanı bürüyən məşhur xəz brendi Bakıda hazırlanırmış... - İDDİA
Məlum olduğu kimi bir neçə gün əvvəl “Lady Sharm” mağazalar şəbəkəsinin məsul şəxsləri həbs olundu
Emtv.az xəbər verir ki,daxil olmuş şikayətləri araşdıran DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi (“Bondotdel”) “Lady Sharm”ın mağazalarında müştərilərin aldadıldığını, sexlərdə tikilmiş malların dünya brendlərinin etiketləri vurularaq satıldığını müəyyən edib. Məlum olub ki, mağazalar şəbəkəsində brend adı ilə satılan məhsulların bir hissəsi “Binə” Ticarət Mərkəzindəki sexdə hazırlanırmış.
Bu olaydan sonra digər məşhur mağazalar şəbəkəsi də diqqət mərkəzinə gəldi. Hansı ki, bu mağazalarda da dünyaca məşhur brend məhsullar satılır. Özü də kifayət qədər yüksək məbləğə. Bir həqiqət də var ki, belə mağazalar şəbəkəsi haqqında ictimai rəy də birmənalı deyil...
Mediada yer alan məlumata görə artıq “Femina” xəz-dəri geyimləri də saxta etketlərlə satılır. Bununla yanaşı bir çox çeşidləri ilə əhalini aldadıb saxta malı bahalı brend adı altında Karolina Valiant da öz yerini alıb. Sosial şəbəkələrdə və televiziya ekranlarında xarici mal adı ilə yayılan reklam çarxları bir növ əhalini tələyə salmaq demekdir. Bu barədə aldadılmış bir qrup insanlar paytaxt.org-a üz tutub.
İddialara görə bütün saxtakarlıqlar “Binə” Ticarət Mərkəzindəki sexlərdə həyata keçirilir. Bu səbəbdən də ən çox narazılıq Karolina Valiant-ın məhsullarının keyfiyyətini olmamasıdır ki, alıcılar aldadıldıqlarını deyir. Ucuz başa gələn keyviyyətsiz kürk və dəri məhsulları Karolina Valiantın işbazlarına yaxşı qazanc gətirdiyi də daxil olan məlumatda öz əksini tapıb.
Xatırladaq ki, Karolina Valiant təxminən on ildir ki, Azərbaycan və Rusiya bazarına çıxıb. Şirkətin məhsulları ölkəmizdə “Binə” Ticarət Mərkəzində sexlərdə hazırlanaraq mağazada satılır.
Nəzrin Abbaszadə
Emtv.az