17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycan məhsulları Fars körfəzinin məşhur marketlər şəbəkəsində satılacaq
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən "Gulfood 2017" Beynəlxalq Ərzaq Sərgisində vahid "Made in Azerbaijan" ölkə stendi altında məhsullarını təqdim edən yerli şirkətlərimiz "Lulu" marketlər şəbəkəsinin rəhbərləri ilə görüşüblər.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə əməkdaşlıq məsələləri və Azərbaycan istehsalı olan məhsulların "Lulu" marketlər şəbəkəsində satışı barədə geniş fikir mübadiləsi aparılıb. Bu görüşün uğurlu nəticəsi olaraq "Lulu" marketlər şəbəkəsinin Fars körfəzi regionunda yerləşən bütün mağazalarında Azərbaycan məhsullarının satışının həyata keçirilməsi istiqamətində razılıq əldə olunub.
Qeyd edək ki, "Lulu" marketlər şəbəkəsi Fars körfəzi regionunun ticarətində önəmli yerə malikdir və 138 mağazası ilə BƏƏ, Oman, Qətər, Küveyt, Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı, Malayziya, İndoneziya və Hindistanda fəaliyyət göstərir.
Emtv.az