SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən açıqlama yayılıb

17-01-2019, 15:49 | Oxunub: 10 963 |

ABŞ-da qətlə yetirilən azərbaycanlı barədə səfirlikdən açıqlama yayılıb

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində Azərbaycan vətəndaşı Elçin Rəsul oğlu Xəlilovun cənazəsi qısa müddətdə Vətənə göndəriləcək.

Emtv.az Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, faktla bağlı Şimali Karolina ştatının Şarlot-Meklenburq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları davam etdirilir. Cinayət işi həmin polis departamentinin müstəntiqləri C.Dadli və B.Personun icraatındadır:

"Mərhumun yaxın qohumları ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə onlara məlumat verilib. Hazırda cənazənin qısa müddət ərzində Azərbaycana göndərilməsi istiqamətində iş aparırıq. Sənədləşmə işlərinin bu gün yekunlaşması gözlənilir və cənazə Şarlot şəhərindən Nyu York şəhərinə, oradan da Vətənə göndəriləcək".

Səfirlikdən bildirilib ki, baş vermiş hadisə nəzarətdədir, istintaqın gedişatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 14-də yerli vaxtla saat 11 radələrində Şarlot şəhərində telefon təmiri və satışı ilə məşğul olan həmyerlimiz 17.06.1989-cu il təvəllüdlü E.Xəlilov mağazaya naməlum şəxslərin silahlı basqını nəticəsində həlak olub.

E.Xəlilov basqın edilən "Fixer Electronic Repair" mağazasının sahibidir. O, Sumqayıt şəhərində 3 saylı orta məktəbi bitirib, Memarlıq və İnşaat Universitetinin məzunu olub.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR