18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Keyfiyyətsiz dərman vasitələri məhv edildi
Bakı Baş Gömrük İdarəsinin qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən amillərin aradan qaldırılması məqsədilə həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində külli miqdarda dərman vasitələri, qida əlavələri aşkar edilərək ekoloji poliqonda məhv edilib.
Emtv.az Dövlət Gömrük Komitəsin-ə istinadən xəbər verir ki, məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin Azərbaycan Respublikasında qeydiyyatda olmadığı, keyfiyyət normativlərinə cavab vermədiyi müəyyən edildiyindən Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" MMC tərəfindən topdan satışa buraxılmasına qadağa qoyulub.
"Qırxbulaq" MMC, "Zeytun pharmacuticals" MMC, "Centrum pharma" MMC, "Alfa-N company" MMC, "NP" MMC, "Stomdent" MMC, "Amex" MMC, "Asfarma dərman sənaye LTD ŞTİ" MMC firmaları tərəfindən müxtəlif vaxtlarda gətirilən həmin dərman vasitələri ümumilikdə 15863.40 ABŞ dolları, 2218822.88 Rus rublu, 25065.02 Avro dəyərində olub.
Bakı Baş Gömrük İdarəsi tərəfindən məhv edilən dərman preparatlarının və bioloji aktiv maddələrin siyahısı aşağıdakı cədvəldə göstərilir.
Nəzrin Abbaszadə
Emtv.az