SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi - FOTOLARI

1-12-2018, 17:23 | Oxunub: 11 027 |

Keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi - FOTOLARI

Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb.

Belə ki, daxil olan məlumatda bildirilib ki, Türkiyə Respublikasından“Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib.

Emtv.az xəbər verir ki, Komitədən yerli mətbuata verilən məlumata əsasən, əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən “DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə “Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və “QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.

Tükiyə Respublikasından gələn “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsindəki dərman preparatlarının “DAF TE47MS” markalı nəqliyyat vasitəsinə boşaldılması zamanı əməliyyat qrupu prosesə müdaxilə edib və ərazidəki şübhəli bilinən və yuxarıda qeyd edilən nəqliyyat vasitələri saxlanılaraq Tovuz Gömrük Postunun inzibati binasının həyətinə gətirilib. Gömrük baxışı zamanı “Mersedes Benz 2528” markalı nəqliyyat vasitəsinin yük yerindəki qutular boşaldılıb və həmin qutularda mal müşayiət sənədlərində göstərilməyən 419 adda, ümumi sayı 883 min 988 qutu dərman preparatları və mal müşayiət sənədlərində göstərilən 5 adda, ümumilikdə 537 qutu tibbi ləvazimat aşkar edilib.

Eyni zamanda “DAF TE47MS” və “QAZ-3302” markalı avtomobillərə keçirilən gömrük baxışı zamanı isə dərman qutularının yerinə qoyulması məqsədilə gətirilən və 72 qutuda qablaşdırılan 3adda, ümumilikdə 20 800 ədəd tibbi ləvazimat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Aynurə Kərimova,
Emtv.az

Keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi - FOTOLARI
Keçirilən əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi - FOTOLARI

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR