SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Külli miqdarda dərman keçirmək istəyən şəxs həbs edildi

7-02-2019, 17:42 | Oxunub: 11 319 |

Külli miqdarda dərman keçirmək istəyən şəxs həbs edildi

Bakı Baş Gömrük İdarəsi tərəfindən qida təhlükəsizliyi və insan sağlamlığına mənfi təsir edən digər amillərin aradan qaldırılması ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda dərman preparatları müsadirə edilib.

Emtv.az Dövlət Gömrük Komitəsin-ə istinadən xəbər verir ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən "City Farm" MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12 500 ABŞ dolları dəyərində "Yodex S Povidon" adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.

Daha sonra gömrük əməkdaşının sayıqlığı və peşəkarlığı sayəsində məlum olub ki, Səhiyyə Nazirliyi "Analitik Ekspertiza Mərkəzi" MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib. Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

Azərbaycan Respublikasının vətəndaşı Həsənov Pərviz Telman oğluna Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adı çəkilən dərman preparatları Bakı Baş Gömrük İdarəsi tərəfindən ekoloji poliqonda məhv ediləcək.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR