18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Konsulluq xidmətlərinin “ASAN xidmət” mərkəzində göstərilməsinə başlanılıb
Konsulluq xidmətlərinin "ASAN xidmət" mərkəzində göstərilməsinə başlanılıb.
Emtv.az Xarici İşlər Nazirliyin-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 471 nömrəli Fərmanı ilə "Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması məqsədilə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında edilmiş dəyişikliklərə əsasən Xarici İşlər Nazirliyi tərəfindən konsulluq xidmətlərinin 2019-cu il 1 mart tarixindən "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi müəyyən edilib.
Bununla da, "ASAN xidmət" mərkəzlərində dövlət orqanları sırasına Xarici İşlər Nazirliyi daxil olunmuş, göstərilən xidmətlərin siyahısında isə konsulluq xidmətləri də yer alıb.
Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar Xarici İşlər Nazirliyinin aidiyyəti məsul əməkdaşlarından ibarət işçi qrupu yaradılıb və Nazirliyin üzərinə düşən bütün vəzifə və öhdəliklərin qısa müddət ərzində icrası təmin edilib.
Həmçinin xidmətlərin göstərilməsi məqsədilə Nazirliyin təcrübəli əməkdaşlarından ibarət heyət fəaliyyətlərinin davam etdirilməsi üçün "ASAN xidmət" mərkəzinə ezam olunublar.
Beləliklə, 1 mart tarixindən Bakı şəhəri, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı "ASAN xidmət" mərkəzində konsulluq xidmətlərinin göstərilməsinə artıq başlanılıb.
Nəzrin Abbaszadə
Emtv.az