18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
XİN-in əməkdaşları "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər
Azərbaycan Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən konsulluq xidməti ilə bağlı bəzi məsələlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) həvalə edilməsinə aydınlıq gətirib.
Emtv.az xəbər verir ki, XİN Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayevanın Trend-ə verdiyi məlumata görə, bu dəyişikliyin əsas məqsədi vətəndaşlar və dövlət qulluqçularının müvafiq müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsi, vətəndaş məmnunluğunun təmin edilməsidir:"Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev ölkəmizdə struktur islahatlarının həyata keçirilməsi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib və bu barədə dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi nitqində qeyd olunub. Məhz bu xüsusda, konsulluq sahəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli Fərmanına əsasən müəyyən konsulluq xidmətləri, o cümlədən xidməti və diplomatik pasportların verilməsi və dəyişdirilməsi, sənədə apostil verilməsi və sənədin leqallaşdırılması, viza rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına notanın verilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" mərkəzlərində təmin ediləcəkdir. Bu o deməkdir ki, XİN-in əməkdaşları digər dövlət qurumlarının təcrübəsində olduğu kimi müvafiq müraciətlərin qəbul edilməsi və icra edilməsi üçün "ASAN xidmət"in təmin etdiyi məkanda yerləşəcəklər".
L.Abdullayeva qeyd edib ki, paralel olaraq bu xidmətlər XİN-in Konsulluq idarəsi tərəfindən də təmin olunacaq.
Nəzrin Abbaszadə
Emtv.az