17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Vergilər Nazirliyi ilə "ASAN Xidmət" əməkdaşlıq memorandumu imzaladı
Vergilər Nazirliyinin Tədris Mərkəzində Asan könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Vergilər Nazirliyi insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir. Bu işlərin davamı olaraq Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında ASAN könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində “ASAN xidmət” mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər ASAN könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində ASAN könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar. Sonra ASAN könüllülərə Vergilər Nazirliyində istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.
Mərasimin sonunda Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Vergilər Nazirliyi adından Nazirliyin Tədris Mərkəzinin rəisi Əli Həsənov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi adından Agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.
Emtv.az