SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Yuxudan başağrısı ilə oyananlar - Səhərlər baş niyə ağrıyır?

28-02-2019, 12:36 | Oxunub: 12 510 |

Yuxudan başağrısı ilə oyananlar - Səhərlər baş niyə ağrıyır?

Çox insanlar müntəzəm olaraq səhərlər, elə yuxudan oyanandan baş ağrılarından, baş sızlamasından, təzyiq oynamasından şikayətlənir. Əslində insan normal yatıb yuxusunu aldıqdan sonra dincəldiyindən başı səhərlər ağrımamalıdır. Bəs bu əksinə baş verən prosesin səbəbi nədir?

Emtv.az yerli mətbuata istinadən səhərlər baş ağrısının bir neçə səbəbini təqdim edir.

1.Siz yuxudan doymamısız

Orqanizmə sutkada 6-8 saat normal yuxu tələb olunur. Əgər insan bu normaya yaxın yatırsa, lakin günlərin bir günü bu normadan az və ya çox saat yatdıqda bədən panikaya düşür, özünü toparlaya bilmir, etiraz kimi reaksiyası baş ağrısı olur.

Bu zaman qanda adrenalin və noradrenalin hormonları aktivləşir, nəticədə ürək döyünmələri sürətlənir, təzyiq dəyişir, baş ağrıyır.

Bu halda istənilən ağrıkəsici ağrını kəsir. Amma yuxunu və saatını qaydaya salmaq lazım olacaq.

2.Həddən artıq çox yatmısız

Əgər yuxudan doymamaz, az yatmaq baş ağrı yaradırsa, deməli, normadan çox yatmaq da eyni hal yaşadır. Doktor Napolinin qeydinə görə, 9-10 saatdan artıq yatdıqda beyində serotonin hormonu azalır, qan dövranı pozulur, nəticədə baş ağrı yaranır.

Ona görə çox insanlar bazar günü çox yatanda dincəlmək əvəzinə, əksinə baş ağrı ilə üzləşirlər. Ona görə rejimdən çıxmaq olmaz. Bazar günü yatsanız da, saatı qurun ki, vaxtında oyana biləsiz.


3.Endorfin hormonu azdır

Sevinc hormonu hesab olunan endorfinin orqanizmdə ən az həddə olduğu vaxt səhərdir. Elə insanlar var ki, onlarda bu hormon ümumiyyətlə azdır. Bu da baş ağrı verir.

Professor Mark Xorsendi deyir ki, bu hormon az olduqda baş damarları sıxılır, qan dövranı pozulur, baş ağrıyır. Belə olan halda dərman yox, fiziki aktivlik, qaçış, idman, gimnastika sizi xilas edə bilər. Çünki yalnız bu halda endorfin səviyyəsi qalxır.

4.Axşam çox alkoqol qəbul etmisiz

Sərxoşluq, alkoqol içki səhər baş ağrısının birinci səbəbidir. Alkoqol orqanizmi susuzlaşdırır, qanın ümumi dövranı düşür, hüceyrələrə az qan gedir, onlar acır, yuxu normal olmur, səhər isə baş ağrısı ilə oyanırsız. Bu halda sizə çox maye, adi su və elektrolit içkilər kömək edə bilər. Su balansını tənzimləmək mütləqdir.

5.Siz xoruldayırsız

Xorultu apnoe yaradır, yəni nəfəs çatışmazlığı. İnsan yuxuda ikən 20-30 saniyə tənəffüsü demək olar ki, dayanır. Bu hal gecə boyu 3-5 dəfə baş verdiyindən beyində oksigen aclığı yaranır, kəllədaxili təzyiq artır, baş ağrısı başlayır. Bu probleminiz varsa LOR həkim müayinəsi və xüsusi müalicə vacibdir.

6.Günboyu çox kofein qəbul etmisiz

Kofein - əslində yüngül narkotik maddə hesab edilir. Əgər bir insan gün ərzində 3-4 qutu energetik içki, kofe və s. içirsə, onun yuxusu normal olmur. Ən pisi odur ki, insan gündəlik dozanı azaltdıqda və ya kofeindən imtina etmək istədikdə, orqanizm vərdişindən asanlıqla əl çəkmək istəmir və üsyan edir. Ona görə kofemanlar səhər oyanan kimi dərhal bir fincan qəhvə qəbul edir. Əgər etməsə, baş mütləq ağrıyacaq.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR