SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yataqdan və ya stuldan qalxarkən başgicəllənmə nəyin siqnalıdır?

7-08-2018, 15:55 | Oxunub: 10 007 |

Yataqdan və ya stuldan qalxarkən başgicəllənmə nəyin siqnalıdır?

Çox insanlar yataqdan, divandan, oturduğu yerdən qalxanda ani olaraq başının hərlənməsi, gözlərinin qaralmasını bildirir. Eyni simptomun məhz qəfildən uzandığı və oturduğu yerdən qalxan zaman baş verməsi və sonra da itməsi çoxlarını düşündürür, amma bu hal az sürdüyü üçün insan problemin səbəbini araşdırmağa və həkimə getməyə lüzum bilmir. Çoxları isə bunu qanazlığı ilə əlaqələndirir.

Emtv.az yerli KİV-ə istinadən bildirir ki, Minnesota ştatının nevrologiya klinikasının həkimi Fipil Lou belə tip başgicəllənmənin səbəbini izah etmişdir:

"Hər şey ürəklə bağlıdır. Ürək nasosdur. Qəfildən ayağa qalxanda ürəyə daxil olan qanın miqdarı birdən azalır. Bu da müvəqqəti arterial təzyiq enməsinə səbəb olur. Korrektə edici mexanizmlərə bir neçə saniyə lazımdır ki, vəziyyəti düzəltsin. Bu düzələnə kimi insan yüngül başgicəllənmə hiss edir".

Tibbdə bu vəziyyət Ortostatik hipotenziya adlanır. Əgər siz çox nadir hallarda bu halla rastlaşırsızsa, 2 səbəb ola bilər: kifayət qədər yemək yeməmisiz və ya su içməmisiz. Digər səbəblər idman məşqləri, qaçış, hamiləlik, isti, günvurma, alkoqol ola bilər. Bütün bu səbəblər düzələndir.

Lakin başgicəllənmə tutmaları bu səbəblər olmadan və daha tez -tez olursa, deməli, səbəb ciddidir və həkimə getmək lazımdır.

" Bu o deməkdir ki, ürəyə daxil olan qan dövranında problem var. Arterial təzyiq aşağı düşür və düzəlmir. Ortostatik hipotenziya 60 yaşdan sonra insanlarda daha çox olur. Yaşlı insanlar başgicəllənmə və hərlənmə səbəbindən bəzən yıxılır və zədə, çıxıq alır".

Əgər sizə elə gəlirsə ki, otaq başınıza fırlanır, bunun səbəbi qulaqdadır, buna vestibulyar başgicəllənmə - Vertiqo deyilir. Səbəbi kəllə travması, qulaq xəstəlikləridir və mütləq müalicə olunmalıdır.

Yox əgər başgicəllənmə huşun itməsi ilə tamamlanırsa, hətta qısa müddətli huş itsə də, ciddi tibbi müayinə lazımdır. Səbəb ürək, sinir və endokrin sistemdəki pozuntular ola bilər.

Bir çox dərmanların əks təsiri kimi təzyiqin düşməsi, başgicəllənmə olur. Dərmandan şübhələndikdə, həkimlə məsləhətləşib, dəyişin.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR