18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
5 yaşlı qız it dişləməsi nəticəsində quduzluqdan ölüb – Səhiyyə Nazirliyi
“Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan öldüyü dəqiqləşib”.
Emtv.az xəbər verir ki, bunu report-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.
Onun sözlərinə görə, bu il it dişləmələri nəticəsində insanlarda quduzluğa yoluxma halı və quduzluqdan yalnız bir ölüm faktı qeydə alınıb: “Həmin xəstə həkimə vaxtında çatdırılıb vaksinasiya kursu keçsə də, həyatını xilas etmək mümkün olmayıb. Buna səbəb dişləmələrin təhlükəli nayihələrdə olması idi. Çünki it uşağın üz və alın nayihəsindən dişləmişdi. Belə olanda da, inkubasiya dövrü çox qısa olur və ölüm qaçılmazdır. Quduzluq zamanı vaksinlərin kömək etmədiyi nadir hallar da olur. Qeydə alınan ölüm faktı buna nümunədir”.
Qurum rəsmisi vətəndaşlara müraciət edərək bildirib ki, heyvan dişləməsi zamanı elə həmin gün mütləq həkimə getmək lazımdır: “Əgər gecikmə baş versə, o zaman iynələr kömək etmir. Yəni, dişləmə faktı zamanı sxem üzrə müalicə təyin olunur və bu həmin gün iynə vurulmalıdır. Əgər bu sxem pozulursa, insanlar vaxtında həkimə getməyib bundan imtina edərsə, onda heyvan dişləməsi mütləq ölümlə nəticələnir”.
Emtv.az