17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Təzyiq xəstəsi olduğunuzun 8 sübutu
Bir çox insan bilmədiyi halda təzyiq xəstəsidir. Ən böyük problem də bu xəstəliyin dəqiq əlamətlərinin olmamasıdır. Buan görə də təzyiq tez-tez ölçülməli və nəzarətdə saxlanmalıdır.
Emtv.az yerli mətbuata istinadən təzyiq xəstəsi olduğunuzun 8 əlamətini təqdim edir.
Təzyiq yüksək olduqda ürək daha sürətli işləyir. Beləliklə də damarlarda sürətlə hərəkət edən qan damarların hüceyrələrinə zərər verir. Bu isə zamanla damarların divarlarının nazikləşməsinə və zədələnməsinı səbəb olur.
Yüksək an təzyiqinin dəqiq əlamətləri yoxdur. Ancak təqyiq xəstələrinin əziyyət çəkdikləri bəzi ortaq əlamətlər mövcuddur.
Emtv.az bu əlamətləri sizə təqdim edir.
1) Burundan qan axması
Burun qanamaları əslində təhlükəli deyil. Burunda olan kapilyarlar qanama üçün uyğundur. Bir çox hallarda burun qanaması yüksək təzyiq səbəbindən meydana çıxır.
2) Xroniki yorğunluq
Yüksək təzyiqin digər əlamətlərindən biri də baş ağrısı və ümumi yorğunluqdur. Özünüzü həmişə yorğun hiss edirsinizsə onda həkimə müraciət etməlisiniz. Bu təzyiq xəstəliynin əlaməti ola bilər.
3) Baş ağrısı
Yüksək təzyiq xəstələrinin başları çox tez-tez ağrıyır. Ağrılar şiddətli olmasa da dalga kimi müşahidə edilir.
4) Artıq çəki
Piylənmə də yüksək təzyiqi tətikləyir. Artıq çəkili insanların təzyiqlərinin yüksək olması təbiidir.
5) Nəfəs darlığı
Həddən artıq yorgunluq, nəfəs darlığı və baş ağrıları yüksək təzyiqin xəbərçisi ola bilər. Nəfəs darlığınız varsa o zaman həkimə müraciət edin.
6) Şiddətli xoruldama
Bəzi araşdırmalar nəticəsində yüksək təzyiq ilə yuxu apnoesi arasında bağlılığın olduğu məlum olub. Buna görə də xoruldadığınızı hiss edən kimi təzyiqini yoxlayın.
7) Gözlərin qızarması
Diabet və yüksək təzyiq xəstələrində tez-tez gözlərin qızarması müşahidə edilir.
8) Baş gicəllənməsi
Baş gicəllənməsi də yüksək təzyiq əlamətidir. Yataqdan və ya oturduğunuz yerdən ayağa durarkəın vaşınız fırlanırsa on da təzyiq xəstəsi ola bilərsiniz.
Nəzrin Abbaszadə
Emtv.az