18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İnsultun əlamətləri - 2 dəqiqəniz var!
İnsultun bir çox növləri var. Bunlar arasında ən çox yayılanı və bir o qədər də təhlükəli hesab ediləni işemik insultdur (beyin infarktı). Ümumən götürdükdə işemik insult zamanı insanda qəflətən bir tərəfli dəyişiklik müşahidə edilir. Bədənin simmetrik düzgünlüyü pozulur. Əsasən qadınlar bu prosesi olduqca gizli və kəskin şəkildə keçirir. Bəs işemik insultun ilkin simptomları hansılardır? Hansı əlamətlər həyəcan təbilini xatırladır?
Emtv.az bu əlamətlər zamanı diqqətli olmağa çağırır:
İşemik insult əsasən arterial təzyiqin kəskin artması səbəbindən baş verir. Yüksək təzyiqə davam gətirməyən qan damarlarda cırılmaya səbəb olur və qan sürətlə beyin damarlarına dolmağa başlayır. Qanın beyin qişalarına dolması təxminən 2 dəqiqə vaxt alır. Nəticə həmin bölgədə inkişaf etməyə başlayan ödəm beyin qişalarını sıradan çıxarır.
Əsas risk amillərinə daxildir:
Yüksək təzyiq
Şəkərli diabet
Ürəyin müxtəlif xəstəlikləri
Siqaretə meyllilik
Piylənmə
Qanda yüksək xolesterin miqdarı
Alkoqol
Stress
Normadan artıq passivlik
İşemik insultun ilkin əlamətlərini özünüzdə hiss edirsizsə, dərhal həkimə müraciət edin:
1. Kəskin baş ağrısı. Qəfil bir nöqtədən başlayan güclü ağrılar və ürəkbulanması.
2. Görmənin itməsi. Bir anda gözləriniz qaralırsa, görmə itiliyinizi itirirsizsə və gözünüzə müxtəlif ləkələr görünürsə, dərhal təcili tibbi yardım çağrılmalıdır.
3. Tez-tez hıçqırıq. Kəskin ağrılar zamanı sizi hıçqırıq tutursa, bu, insult əlaməti hesab edilir.
4. Şüurun anidən itməsi. Qarşıdakı insanı tanıya bilmirsizsə, bu unutqanlıq və ya beyin yorğunluğu olmaya bilər.
5. Gülümsəmə. İnsult zamanı təbəssüm edərkən dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.
6. Danışıq. Sadə bir cümləni ifadə etməkdə çətinlik yaranarsa.
7. Fiziki hərəkətlərdə məhdudiyyət. Hər iki əlinizdə və ayağınızda keyimə, qıcolma və ya yuxarı qaldırarkən tarazlığın pozulması müşahidə edilirsə.
8. Dilinizə diqqət edin. Dilinizi çölə çıxarakən onun əyri və ya birtərəfli meyilləndiyinə diqqət edin.
9. Ovuclarınızla gözlərinizi bağlayın. Əliniz aşağı sürüşürsə, bu, yorğunluq deyil, insult əlamətidir.
İşemik insult sürətlə inkişaf etmədiyi üçün sadalanan simptomlar bir müddət sonra tamamilə yox olur. Lakin bu, insultun az təhlükəli olmasına dəlalət etmir. Özünüzü vaxtında qoruyun ki, sağlam olun!
Emtv.az