18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xocalıya ədalət gəlməlidir-Erkan Özoral
Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, biz də rahat olmayacağıq.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, artıq Xocalıya ədalət gəlməlidir:
“27 il öncə baş verən Xocalı faciəsini anmaq üçün bura gəlmişik. Azərbaycanın sevinci sevincimiz, acısı isə acımızdır. Bu kədəri paylaşmaq üçün buradayıq. Xocalıda qətlə yetirilən insanların qanı yerdə qalmasın”.
Səfirin sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın yanında dayanmalıdır ki, bir daha belə faciə yaşanmasın:
“Kimlərsə buna cəsarət etməsin. Bir həftədir Türkiyənin əksər şəhərlərində Xocalı ilə bağlı anım tədbirləri keçirilir. Daha bir həftə də bu tədbirlər davam edəcək. Azərbaycanın işğal altında olan torpaqları azad olunmayınca, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmayınca, biz də rahat olmayacağıq”.
Nəzrin Abbaszadə
Emtv.az