18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyəli jurnalist: Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik
Cəbhə xəttinə ilk dəfə deyil ki, səfər edirik. Lakin bu səfər digərlərindən fərqlənir. Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik.
Bu sözləri yerli mətbuata müsahibəsində Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici media nümayəndələrinin Cəbrayılın Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərinin iştirakçısı, TRT telekanalının Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak deyib.
O bildirib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə düşmən tapdağı altında olan torpaqların bir hissəsi geri alındı. “Bu, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı arzularının gerçəkləşməyə başlaması deməkdir. İndi onların sevincini təsəvvür etmək çətin deyil. İnşallah, Lələtəpə ilə başlayan qələbə işğal altındakı digər torpaqları da əhatə edəcək və bir milyondan çox məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq”, - deyə S.Toprak qeyd edib.
Emtv.az