18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Ərdoğandan Türkiyənin Ermənistanla sərhədləri açmasını tələb edənlərə sərt cavab : “Əbəs yerə gözləməyin, Azərbaycan torpaqları azad edilməyincə…”
“Dağlıq Qarabağ probleminin həll edilməsi, Ermənistan ilə münasibətlərimizin düzəlməsinin olmazsa olmaz şərtidir, bu belə bilinməlidir”.
Emtv.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə Azadlıq meydanında təşkil olunan paradda çıxışı zamanı deyib. Türkiyə prezidenti ölkəsinin Ermənistanla sərhədlərə açmayacağını da bir daha diqqətə çatdırıb.
” 25 il əvvəl Xocalıda baş verənlərin, Dağlıq Qarabağda qətlə yetirilən qardaşlarımızın hesabını verməyən, qatilləri qəhrəman elan edənlərin bizə verəcəkləri heç bir tarix dərsi yoxdur. Qardaşlarımızın torpaqlarının 20 faizini işğal altında saxlayanların, 1 milyondan artıq qardaşımızın doğma yurdlarına qayıtmalarına imkan verməyənlərin bizdən Ermənistanla sərhədlərimizi açmalarını gözləmələri əbəsdir, əbəs” – Ərdoğan belə deyib.
Xatırladaq ki, Türkiyənin Avropa Birliyinə üzv olması üçün rəsmi Ankara qarşısında qoyulan tələblərdən biri də Ermənistanla sərhədlərin açılması tələbidir. Lakin, qardaş Türkiyə işğalçı Ermənistanla sərhədləri açmaqdan qəti surətdə imtina edir.
İsmayil İsmayilov
Emtv.az