18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycana qarşı çirkin plan: lobbi Türkiyə – Ermənistan əlaqələrinin bərpasına çalışır
Qarabağ konflikti çözülmədən belə münasibətlər qurula bilərmi? Politoloq: “Elə işbazlar var ki, onlar üçün dövlət və ya milli təhlükəsizlik maraqları əsas deyil…”
Erməni lobbisi son dönəmlərdə müşahidə olunan Kreml-Ankara yaxınlaşmasından Ermənistan-Türkiyə münasibətlərinin istiləşməsi üçün istifadə etməyə çalışır. Bu münasibətlərin bərpası üçün beynəlxalq müstəvidə yaranan heç bir fürsəti qaçırmayan erməni lobbisi bu istiqamətdə planlarını gerçəkləşdirməkdədir.
Belə ki, 14 uçağa sahib və böyüklüyünə görə Türkiyənin üçüncü hava daşımaçılığı şirkəti olan “BoraJet”i sahibi erməni Levon Termendzyan olan SBK Holdinq böyük bir maxinasiya (Bu barədə “Yeni Müsavat”ın ötən sayında geniş material dərc olunub) quraraq ələ keçirib. ABŞ-dakı qaynaqların fikrincə, bütün maxinasiyanın arxasında ABŞ-dakı erməni lobbisi və bu lobbinin nəhəng maliyyəsi dayanır. Məqsəd Ermənistanla Türkiyə arasında hava nəqliyyatının bərpası üçün altyapını hazırlamaqdır. Son zamanlar erməni iş adamlarının və bir sıra siyasi dairələrin Ermənistanla Türkiyənin diplomatik, iqtisadi münasibətlərinin qurulması, sərhədlərin açılmasına çalışdığı barədə informasiyalar çoxalıb.
ABŞ-ın erməni lobbisinin bununla Azərbaycanı da hədəf aldığı da deyilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, Qarabağ problemi çözülmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından söhbət gedə bilməz. Türkiyənin həssas bir dönəmdən keçdiyi bugünkü günlərdə erməni lobbisinin Ermənistanı Türkiyə üzərindən dünyaya açmaq cəhdləri həm də Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaratmağı hədəfləyir.
Bəs Qarabağ münaqişəsi həll edilmədən, Azərbaycan torpaqlarının işğalı faktı aradan qalxmadan Türkiyə-Ermənistan iqtisadi, siyasi, diplomatik münasibətlərinin qurulması mümkündürmü?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında öncə iqtisadi əlaqələr məsələsindən danışdı. O qeyd etdi ki, iqtisadiyyat və ticarət sərhəd tanımır. Ermənistanla bir sıra Türkiyə şirkətləri arasında iqtisadi-ticari əlaqələr daim olub: “Mən hələ jurnalist olaraq 1998-ci ildə İrəvanda səfərdə olanda şəxsən özüm şahidi oldum ki, İrəvanda Türkiyə şirkətinin avtobusları daşımaçılıqla məşğuldur. Halbuki, iki ölkə arasında sərhəd qapalı idi, diplomatik münasibətlər yox idi. Daha sonra Bakıya qayıtdıqdan sonra o şirkətin Bakıdakı nümayəndəliyini tapdım. Nümayəndəliyin rəhbəri ilə görüşdüm və şirkətin Ermənistanda fəaliyyət göstərməsinə aydınlıq gətirilməsini istədim. O da müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışdı və dedi ki, belə bir şey yoxdur. Mən isə gözlərimlə gördüyüm sübuta malik olduğumu dedim. Əlimdə şəkillər də var idi. Həmin şirkət faktiki olaraq İrəvanda qeydiyyatdan keçib daşımaçılıqla məşğul olurdu. İndi də İrəvanda xeyli türk məhsulları satılır. Türkiyədə müəyyən iş adamları var ki, qazanc məqsədilə Ermənistanla əməkdaşlıq edirlər. Həmin iş adamlarının sırasında erməni mənşəlilər də var. Ermənistanın ticarət mübadiləsi siyahılarına baxdıqda orada Türkiyədən nə qədər məhsul alındığını da görürük. Ticarət əməliyyatları Gürcüstan üzərindən daha çox həyata keçirilir. Elə işbazlar var ki, onlar üçün dövlət və yaxud milli təhlükəsizlik maraqları əsas deyil. Belələri üçün əsas şəxsi qazanclarını daha da artırmaqdır. Bu cür adamlar Ermənistanda da, Türkiyədə də var. Məhz belə işbazlar arasında ticarət mübadiləsi aparılır. Türkiyənin müvafiq dövlət orqanları bunun qarşısını mümkün qədər almağa çalışırlar. Amma heç də tamamilə almaq mümkün olmur. Son zamanlar isə Türkiyə-Rusiya yaxınlaşmasından o cür işbazlar, bəzi şirkət sahibləri biraz da ruhlanıblar və əlaqələrini daha da genişləndirməyə çalışırlar. Ermənistan hökuməti isə Rusiyanın Türkiyə ilə yaxınlaşmasından Türkəyinin sərhədləri açması və bu ölkələrlə əlaqələrin yaranması üçün istifadə olunmasını istəyir. Çünki Türkiyə kimi böyük dövlətlə sərhədlərinin açılması, münasibətlərin qurulması daha çox Ermənistana lazımdır. Bundan Türkiyənin elə də böyük qazancı olası deyil. Rusiyada da erməni mənşəli tanınmış iş adamları var. Onlar da Rusiya-Türkiyə yaxınlaşmasından həm öz xeyirlərinə, həm də Ermənistanın xeyirinə yararlanmağa çalışa bilərlər. Həmin iş adamları Rusiya-Türkiyə işgüzar əlaqələri adı altında öz qazanclarının, ticarət əlaqələrinin bir hissəsini Ermənistana yönəldə bilərlər. Bunun qarşısını almaq çətindir. Çünki Türkiyə özü də Rusiya ilə əməkdaşlığın tərəfdarıdır. Türkiyə Rusiyadakı erməni mənşəli, həm Rusiya, həm Ermənistan vətəndaşlığı olan iş adamlarının qarşısını almaqda çətinlik çəkə bilər”.
Ermənistan-Türkiyə diplomatik əlaqələrin Dağlıq Qarabağ məsələsi həll edilmədən baş tutacağına və Rusiyanın da buna çalışdığına gəlincə, E.Şahinoğlunun sözlərinə görə, Rusiya o dərəcədə ciddi maraq və çaba göstərmir ki, Türkiyə ilə Ermənistan arasında siyasi, diplomatik əlaqələr qurulsun. Moskva istəyir ki, Ermənistan daim Rusiyadan asılı vəziyyətdə qalsın: “Moskva düşünür ki, Türkiyə ilə sərhədlər açılsa, diplomatik əlaqələr yaransa Ermənistanın Rusiyadan asılılığı müəyyən qədər də olsa azala bilər. Bunu Rusiya hakimiyyətində heç kim istəməz. Rusiyanın xarici işlər naziri hərdən söz xatirinə ”biz Türkiyə-Ermənistan münasibətlərinin qurulmasının tərəfdarıyıq” desə də reallıqda indiki vəziyyət, yəni Ermənistanla Türkiyənin sərhədlərinin qapalı qalması, diplomatik münasibətlərin olmaması Rusiyanın maraqlarına cavab verir. Dağlıq Qarabağ münaqişəsinin qalmasında təkcə, Rusiyanın deyil, Gürcüstanın da maraqlı var. Münaqişə qaldıqca Azərbaycanın həlledici olduğu bütün iqtisadi, enerji layihələri, xətləri Gürcüstanın üzərindən keçəcək. Eyni ilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin qalması və bunun Türkiyənin Ermənistanla diplomatik münasibətləri kəsməsinə səbəb olmasında maraqlıdır. Çünki Rusiya belə vəziyyətdən öz maraqları üçün faydalanır”.
Politoloq vurğuladı ki, “Sürix protokolları”nın gündəmə gəlməsi və Ermənistanla əlaqələrin yaranması Türkiyəyə lazım deyil: “Türkiyə üçün Ermənistan cırtdan ölkədir, onunla münasibətlərin qurulmasından ciddi qazancın olmayacağını Ankara bilir. Sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün Türkiyəyə beynəlxalq təzyiq yoxdur, Ermənistan Azərbaycan torpaqlarını işğala son qoymayıb. Belə olan təqdirdə düşünmürəm ki, rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsi istiqamətində addım atsın. Prezident Rəcəb Tayyib Ərdoğanın dəfələrlə verdiyi vədlər var. Ərdoğan ən yüksək kürsülərdən bəyan edib ki, Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla Türkiyənin münasibətləri normallaşa bilməz. Ərdoğan və Türkiyə hökuməti bu vədlərinə sadiq qalırlar”.
Emtv.az