17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
SARKİSYAN QARABAĞI PUTİNƏ QARŞI ŞƏRT QOYDU
Rusiya Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya" fraksiyasının üzvü İlya Ponomaryov ölkəsinin Dağlıq Qarabağda və ətraf regionlarda apardığı siyasətdən danışıb.
Deputat Rusiyanın həyata keçirdiyi aqressiv siyasəti neftin qiymətinin kəskin enməsi ilə əlaqələndirib.
Son vaxtlar Rusiya və Türkiyə arasında baş verən gərginliklər fonunda diqqətlər Dağlıq Qarabağ münaqişəsinə yönəlir. Bəzi ekspertlərin fikrincə, Türkiyə və Rusiyanın növbəti qarşıdurma məkanı Dağlıq Qarabağ ola bilər.
İlya Ponomaryov isə Rusiyanın belə çətin vəziyyətdə Dağlıq Qarabağda münaqişəni alovlandırmaq üçün cəhdlər etməyəcəyini deyir.
“Amma Ermənistan rəhbərliyinin istəyi və mövqeyi var. Heç kim zəmanət verə bilməz ki, belə bir hal baş verəməyəcək. Nəzərə almaq lazımdır ki, Ermənistanda Kremlin təsir dairəsi xeyli daralıb. Lakin Rusiyanın az sayda qalan sadiq müttəfiqləri sırasında Ermənistan hələ də var. Bu səbəbdən Ermənistan bu sadiqliyin qarşılığında nəsə qazanmaq istəyəcək.”
Ponomaryov bildirib ki, əgər Azərbaycan öz ərazilərini hərbi yolla azad etməyə cəhd etsə, Dağlıq Qarabağda müharibənin yeni mərhələsi başlaya bilər: “Bu zaman Rusiya Ermənistana görə Azərbaycanla müharibəyə başlayacağını ehtimal etmirəm. Lakin əgər bu baş verərsə, Rusiya qoşun göndərməsədə silah və hərbi texnika ilə köməklik edəcək. Rusiya Qarabağda münaqişəyə birbaşa qoşulsa müharibənin miqyası böyüyəcək”.
Ümumilikdə isə Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsindən sonra Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan əraziləri ətarfında ziddiyətli fikirlər dolaşmaqdadır. Çünki hər iki ölkənin regionda öz maraqları var. Ermənistan və Rusiya ekspertləri Azərbaycanın və Türkiyənin ünvanına ziddiyətli fikirlər səsləndirirlər. Bəzi siyasi şərhçilər İlya Ponomaryov kimi müharibə ehtimalının az olduğunu qeyd etsələr də, bəziləri bu gərgin geosiyasi vəziyyətdə yeni Qarabağ müharibəsinin yaxın olduğunu qeyd edirlər.
E.Şahinoğlu bildirir ki, əgər Qarabağda müharibə başlayarsa, Rusiya Ermənistana birbaşa hərbi yardım göstərəcək: “İki ölkə müttəfiqdirlər və aralarında təhlükəsizliklə bağlı müqavilələr var. Rusiyanın Ermənistana göndərdiyi silahların bir hissəsi Dağlıq Qarabağa yerləşdirilə bilər. Müharibə zamanı Rusiya əsgərlərinin Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşmə ehtimalı yüksəkdir”.
Amma Rusiyanın hazırki iqtisadi vəziyyəti onu daha da aqressivləşdirir. Hazırda Səudiyyə Ərəbistanı Avropaya qaz və nefti ixracını artırmaqla Rusiyanın bu regiondakı mövqeyini zəiflədir.
Rusiya və Türkiyə arasında yaranan süni münaqişə də yəqin ki, buna hesablanıb. Çünki Rusiya Dağlıq Qarabağ, Ukrayna, Suriyada və digər münaqişə bölgələrində vəziyyəti gərginləşdirməklə neftin qiymətini qaldırmaq istəyir.
Rusiyanın əsas məqsədlərindən biri Dağlıq Qarabağla Cənubi Qafqazı, İŞİD-i bombalamaq adı altında daxil olduğu İraq və Suriyada isə kürdlərinə dəstək verməklə Yaxın Şərqi nəzarətdə saxlamaqdır. Hər iki regionun iqtisadi cəhətdən inkişafında neft böyük rol oynayır.
Əlbəttə ki, regionda baş verən bütün bu iqtisadi və siyasi müharibələr həm Azərbaycanın iqtisadiyyatına, həm də işğal altında olan ərazilərinin geri qaytarma imkanlarına zərbə vurur.
(ANSPRESS)