18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Minsk qrupunun həmsədrlərinin bundan başqasına gücü çatmır" - Lavrov
"ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər".
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, slovakiyalı həmkarı Miroslav Layçakla birgə mətbuat konfransında deyib.
S.Lavrov Rusiya, ABŞ və Fransadan olan həmsədrlərin sıx təmasda olduqlarını bildirib:
"Onlar artıq Azərbaycan və Ermənistan liderləri ilə görüşüblər, xarici işlər nazirləri ilə yeni təmaslara hazırlaşırlar. Ermənistanda yeni hakimiyyətin bu yaxınlarda formalaşdığını nəzərə alsaq, şübhəsiz ki, bu mərhələdə nizamlanma prosesinin nə dərəcədə intensiv və dərin inkişaf edə biləcəyini anlamaq üçün əlavə vaxt tələb olunur. Bir daha təkrarlayıram ki, həmsədrlər və ATƏT yalnız dialoq üçün şəraitin yaradılmasına kömək edə bilərlər, qərar isə əlbəttə ki, dialoq zamanı, tərəflər arasında birbaşa danışıqlarda qəbul olunmalıdır".
Nəzrin Abbaszadə
Emtv.az