18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
"Dağlıq Qarabağ münaqişəsi tamamilə həll oluna bilər, əgər..." - Lavrov
Dağlıq Qarabağ münaqişəsi Yerevan və Bakının iradəsi ilə və ATƏT-in Minsk qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
S.Lavrov bildirib: "Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də, Dağlıq Qarabağ nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun işinə verdiyimiz töhfə ilə əlaqədar onlar yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. Bu ay Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə növbəti görüşü planlaşdırılır. Fikrimcə, bu istiqamətdə də artıq köhnəlmiş xüsusiyyətləri alan, amma Yerevan və Bakının xoş məramlarının olduğu təqdirdə və həmsədrlər qismində beynəlxalq ictimaiyyətin dəstəyi ilə həll oluna biləcək münaqişənin nizamlanmasına kömək göstərə biləcəyik. Fikirləşirəm ki, həll yollarının axtarışına hazırlıqla bağlı səslənmiş bəyanatlar, o cümlədən Bakıdan verilmiş bəyanatlar hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız buna qarşılıqlı cavab verəcək".
Zərifə Ələkbərova
Emtv.az