SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları

19-09-2017, 17:17 | Oxunub: 9 241 |

ABŞ-dan Bakı və İrəvana yeni Qarabağ mesajları

"Qarabağ münaqişəsinin həlli beynəlxalq hüquqlara əsaslanmalıdır".

Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryu Şofer deyib.

Diplomat əmindir ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü prezidentlərin görüşünün əsasını qoyacaq.

“Minsk qrupunun ABŞ tərəfindən yeni təyin olunan həmsədri kimi, mən ATƏT-in Minsk qrupunun fəaliyyətində Birləşmiş Ştatları təmsil etməyə davam edəcəyəm. Mənim həmkarlarım olan həmsədrlər Popov (Rusiya), Viskonti (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspişiklə işlərimizi gözləyirəm.

Bu həftə Nyu-Yorkda digər həmsədrlərin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşünü xüsusi ilə gözləyirəm. İnanırıq ki, bu görüşlər ən yüksək səviyyədə dürüst danışıqların dərhal bərpa edilməsi üçün əsas olacaq” – deyə Şofer müsahibəsində bildirib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri işgüzar səfərlə ABŞ-a yola düşüb. Onlar Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci iclasında iştirak edəcəklər. Azərbacan və Ermənistan xarici işlər nazirləri də hazırda Amerikadadır.

Amerikalı həmsədrin sözlərinə görə, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizama salınması və ATƏT-in Minsk qrupunun həmsədri kimi tərəflərlə fəal işini davam etdirəcək.

“Bizim uzunmüddətli siyasətimiz Minsk qrupu həmsədrləri tərəfindən qəbul edilən, ədalətli həll yolu Helsinki Yekun Aktına, güc və ya güc təhdidinin tətbiq edilməməsinə, ərazi bütövlüyü və bərabər hüquq prinsiplərini ehtiva edən beynəlxalq hüquqa əsaslanmalıdır. Ancaq, əlbəttə ki, sülh üçün məsuliyyəti Ermənistan və Azərbaycan prezidentləri daşıyır" - Amerikalı həmsədr Aysor.am-a bildirib.

Alpər Mövludoğlu

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR