18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
“Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik” – Həmsədr
ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün münaqişə tərəfləri ilə işə sadiqdir.
Emtv.az xəbər verir ki, bunu trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
O qeyd edib ki, ərazilərin geri qaytarılması, azərbaycanlı qaçqın və məcbur köçkünlərin öz torpaqlarına qayıtması, güc tətbiq edilməməsi və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri hərtərəfli həll prosesinin vacib tərkib hissələridir və tərəflər bunları müzakirə etməlidirlər: “Məhz buna görə də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birgə çalışırıq ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez bir zamanda təşkil edək. Mən xatırlatmaq istərdim ki, həmsədrləri vasitəçidir. Biz tərəfləri yekun qərar qəbul etməyə məcbur edə bilmərik”.
R.Hoqland onu da bildirib ki, yaxın həftələrdə və aylarda diplomatik fəaliyyətin genişlənəcəyi müddətdə həmsədrlər danışıqların yüksək səviyyədə təmin olunması üçün bir sıra bəyanatlar verəcək.
Emtv.az