SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçiriləcək

19-02-2019, 12:47 | Oxunub: 11 615 |

Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçiriləcək

Fevralın 20-də Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin V iclasına hazırlıq işləri yekunlaşıb.

Emtv.az Energetika Nazirliyinin mətbuat xidmətin-ə istinadən xəbər verir ki,toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib.

Məşvərət Şurasının budəfəki iclasında Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger, "Cənub Qaz Dəhlizi" layihəsinə cəlb edilmiş ölkələrdən - Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natela Turnava, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi, Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin baş katibi Mixail Veriopoulos, Albaniyanın infrastruktur və energetika nazirinin müavini Shkreli Artan, Bolqarıstandan isə energetika naziri Temenujka Petkova iştirak edəcəklər.

ABŞ-ı dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk və Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson təmsil edəcək.

Bu il ilk dəfə olaraq Məşvərət Şurasının iclasına Serbiya, Macarıstan və San Marino kimi ölkələr də qatılacaq. Serbiyanı mədən və energetika nazirinin müavini Mirjana Filipoviç, Macarıstanı Xarici İşlər və Ticarət Nazirliyinin enerji təhlükəsizliyi məsələləri üçün xüsusi tapşırıqlar üzrə səfiri Pal Sagvari və San Marinonu Xarici İşlər Departamentinin iqtisadi məsələlər üzrə direktoru-səlahiyyətli nazir Dario Qalassi təmsil edəcək.

Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç, Monteneqronun İqtisadiyyat Nazirliyinin Energetika üzrə baş idarəsinin baş direktoru Marko Reduloviç, Bosniya və Herseqovinadan isə xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franjiçevic tədbirə qatılacaq. Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake də iştirakçılar sırasındadır.

Tədbir iştirakçıları arasında BP, TANAP, TAP, SNAM, Fluxys, LNG Croatia, Plinacro, ICGB AD və "Transgaz" şirkətləri geniş tərkibdə yer alıb.

Beynəlxalq maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İnvestisiyaların zəmanəti üzrə Çoxtərəfli İnvestisiya Agentliyinin (MIGA) iştirakı nəzərdə tutulub.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada "Cənub Qaz Dəhlizi" layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq. Komissar G.Ottinger və Azərbaycanın energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya "Cənub Qaz Dəhlizi" layihəsinin birləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə Bəyannamə" imzalanması, eləcə də mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.

Nəzrin Abbaszadə
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR